Ordu.az xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən ABŞ-nin “Axios” portalı məlumat yayıb.
Portalın həmsöhbətlərinin sözlərinə görə, hazır hərbi planın həyata keçirilməsi İranla danışıqlarda ilkin razılığa nail olmaq üçün Vaşinqtonun müəyyən etdiyi son tarixlərin başa çatmasına qədər təxirə salınıb.
Aprelin 5-də Axios-a verdiyi müsahibədə ABŞ Prezidenti Donald Tramp aprelin 7-dək İranla razılığa gəlmək ehtimalını yüksək qiymətləndirib. Daha əvvəl “Truth Social” platformasında o, İran aprelin 6-dək Hörmüz boğazını açmasa, enerji və mülki infrastruktura zərbələr endiriləcəyi ilə hədələmişdi. Eyni zamanda, “Axios”un vurğuladığı kimi, ABŞ lideri İranla mümkün razılaşmanın əldə olunması üçün son tarixi bir gün, ABŞ-nin şərq sahili vaxtı ilə aprelin 7-si saat 20:00-dək uzadıb.
Sevinc Əliyeva
Ordu.az