Ordu.az xəbər verir ki, bu barədə “Military Watch Magazine” (MWM) portalı yazır.
“İran üzərində aşağı yüksəkliklərdə həyata keçirilən uçuşlar zamanı İranın hava hücumundan müdafiə vasitələri tərəfindən iki ədəd “UH-60” helikopteri, iki ədəd “MQ-9” pilotsuz uçuş aparatı, hava dəstəyi verdiyi bildirilən bir “A-10” təyyarəsi və İsrailə məxsus “Hermes 900” kəşfiyyat PUA-sı vurulub”, — məlumatda deyilir.
Bundan əlavə, iki ədəd “HC-130J Combat King II” təyyarəsi və iki “MH-6” helikopteri İranda məcburi eniş etdikdən sonra onların İran tərəfinin əlinə keçməsinin qarşısını almaq məqsədilə ABŞ tərəfindən məhv edilib. Eyni zamanda, onların bir hissəsinin İran tərəfinin zərbələri nəticəsində məhv edilmiş ola biləcəyi də istisna olunmur.
Ordu.az