İsrail müdafiə naziri SEPAH kəşfiyyat xidmətinin rəhbərinin öldürüldüyünü təsdiqləyib - YENİLƏNİB

2026/04/1775462398.jpg
Oxunub: 610     12:42     06 Aprel 2026    
İsrail ordusu İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) kəşfiyyat xidmətinin rəhbəri, ordu generalı Məcid Xademinin Tehrana səhər saatlarında endirilən hava zərbələrindən biri nəticəsində öldürüldüyünü təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, İsrail Müdafiə Qüvvələri (IDF) Baş Qərargah Rəisi general-leytenant Eyal Zamirlə keçirdiyi iclasda bu barədə məlumatlandırılıb.

“İranın rəhbərləri təqib hissi ilə yaşayır. Biz onları bir-bir ovlamağa davam edəcəyik,”-deyə Katz bildirib.

***

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat İdarəsinin rəisi Məcid Xademi öldürülüb.

Ordu.az xəbər verir ki, bu barədə "Tasnim" SEPAH-ın mətbuat xidmətinin bəyanatına istinadən məlumat yayıb.

General 2025-ci ilin iyununda Kəşfiyyat İdarəsinin rəisi təyin edilmişdi.

Əvvəlki rəhbər Məhəmməd Kazimi İsrailin zərbələri nəticəsində həlak olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SEPAH   Xademi  


Bizi "telegram"da izləyin