Qırmızı Aypara: İranda təcili yardım avtomobilinə hava zərbəsi endirilib

2026/04/1775461482.jpg
Oxunub: 381     11:44     06 Aprel 2026    
İranın cənubunda yerləşən Fars vilayətinə endirilən hava zərbəsi nəticəsində təcili yardım avtomobili məhv edilib.

Ordu.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində İranın Qırmızı Ayparası məlumat yayıb.

Xidmətin məlumatına görə, hadisə Sepidan rayonunda baş verib. Avtomobil tamamilə yanıb, lakin Qırmızı Aypara əməkdaşları nəqliyyat vasitəsindən çıxmağa nail olub və xəsarət almayıblar.

Təşkilatdan bildirilib ki, İran əleyhinə ABŞ və İsrailin əməliyyatları başladıqdan bəri artıq dörd əməkdaş həyatla uyğun olmayan bədən xəsarətləri alıb.

Qırmızı Aypara müsəlman ölkələrində Qırmızı Xaçın analoqudur və tibbi və humanitar yardımın göstərilməsi ilə məşğul olur. O, həmçinin münaqişə zonalarında və fövqəladə vəziyyətlər zamanı fəaliyyət göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail   ABŞ  


Bizi "telegram"da izləyin