Krımda hərbi təyyarənin qəzaya uğraması nəticəsində Şimal donanmasının aviasiya komandanı ölüb

2026/04/1775461084.jpg
Oxunub: 334     11:34     06 Aprel 2026    
Krımda (Rusiyanın nəzarətində olan ərazi) qəzaya uğrayan "An-26" hərbi-nəqliyyat təyyarəsinin göyərtəsində Şimal Donanmasının 45-ci Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Ordusunun komandanı Aleksandr Otroşenko olub.

Ordu.az yerli KİV-lərə istinadən xəbər verir ki, bunu Murmansk vilayətinin qubernatoru Andrey Çibis bildirib.

İstintaqın məlumatına əsasən, mart ayının 31-də uçuş zamanı "An-26" təyyarəsi Krımın Baxçısaray rayonunun Kuybışevo kəndi ərazisində qəzaya uğrayıb. Təyyarədə 7 ekipaj üzvü və 23 sərnişin olub. Heyətin hamısı həlak olub. Qəzanın ilkin səbəbi texniki nasazlıqdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Krım   Rusiya  


Bizi "telegram"da izləyin