İndoneziya təlim təyyarəsində İsveçrədən PC-21 və İtaliyadan M-346 alışı üçün “düyməyə basdı”

2026/04/1775460486.jpg
Oxunub: 448     11:28     06 Aprel 2026    
Türkiyə ilə Milli Döyüş Təyyarəsi (MMU) KAAN məsələsində ilkin razılaşma əldə edən İndoneziya təlim təyyarəsində istiqamətini İsveçrə və İtaliyaya çevirib.

Ordu.az xəbər verir ki, əvvəlcə iki ay əvvəl İtaliyanın istehsalçısı “Leonardo” ilə M-346 reaktiv təlim təyyarəsi, daha sonra isə İsveçrənin “Pilatus” şirkəti ilə PC-21 üçün xoşməramlı razılaşma imzalayıb.

PC-21 HÜRKUŞ-un, M-346 isə HÜRJET-in rəqibidir.

İndoneziya Müdafiə Nazirliyinə bağlı “PT E-System Solutions” ilə imzalanan müqavilə ilə 12 ədəd PC-24 üçün qəti sifariş verilib. Bu təyyarələr Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən də istifadə olunan, İndoneziya Hərbi Hava Qüvvələrinin ilkin təlim təyyarələri olan KT-1-ləri əvəz edəcək.

İndoneziya PC-21-lərlə yanaşı, PC-24 biznes reaktiv təyyarəsini də alır. “Pilatus” istehsalı olan bu təyyarə həm şəxsi heyətin daşınmasında, həm də nəqliyyat təyyarələrində xidmət göstərəcək pilotların hazırlığında istifadə olunacaq.

Sinqapur Aviaşousunda “PT E-System Solutions” və Müdafiə Nazirliyi ilə xoşməramlı razılaşma imzalanıb. M-346F “Block 20” tipli təyyarələr İndoneziyanın uzun illərdir istifadə etdiyi Britaniya istehsalı HAWK-ları əvəz edəcək.

Bu təyyarə eyni zamanda qabaqcıl reaktiv təlimlə yanaşı, yüngül hücum - “hava-hava” və “hava-yer” tapşırıqları üçün də seçilib.

“Leonardo” ilə imzalanan paket inteqrə olunmuş təlim sistemi (Yer Əsaslı Təlim Sistemi + Canlı-Virtual-Konstruktiv simulyasiya), havada yanacaq doldurma və qabaqcıl sensorları ehtiva edir.

Ümumi alınacaq təyyarə sayı isə 24 ədəd qəti sifarişdir. Bundan əlavə, əlavə 12 ədəd sifariş hüququ da var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İndoneziya   İsveçrə   İtaliya  


Bizi "telegram"da izləyin