Şimali Makedoniya istiqamətini bir daha Türkiyənin müdafiə sənayesi həllərinə yönəldib

2026/04/1775460235.jpg
Oxunub: 446     11:24     06 Aprel 2026    
Hərbi inventarını modernləşdirmək istiqamətində işləri sürətləndirən Şimali Makedoniya istiqamətini bir daha Türkiyənin müdafiə sənayesi həllərinə yönəldib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Əldə edilən məlumatlara görə, Skopye rəhbərliyi “Türkiyə Aviasiya və Kosmos Sənayesi Şirkəti” (TUSAŞ) tərəfindən yerli imkanlarla hazırlanmış T625 GÖKBEY ümumi təyinatlı helikopterinin tədarükünü planlaşdırır.

“SavunmaSanayiST.com” nəşri tərəfindən əldə edilən məlumatlara görə, sovet dövründən qalan “Mi-8” və “Mi-17” tipli helikopterlərini istismardan çıxarma prosesində olan Şimali Makedoniya GÖKBEY ümumi təyinatlı helikopterinin tədarükünü dəyərləndirir.

Şimali Makedoniya daha əvvəl Türkiyədən MKE istehsalı olan BORAN haubitsasının və müxtəlif hərbi avadanlıqların tədarükü ilə bağlı razılaşmalar imzalamışdı. GÖKBEY addımı iki ölkə arasındakı müdafiə əməkdaşlığını strateji səviyyəyə daşıyacaq. Ötən dövrlərdə Skopyenin İtaliyanın “Leonardo” şirkəti ilə 250 milyon avroluq helikopter müqaviləsi imzaladığı, donanmasındakı müxtəlifliyi artırmaq və logistika asılılığını tarazlaşdırmaq məqsədilə TUSAŞ ilə danışıqlar masasına oturmasının gözlənildiyi bildirilir.

TUSAŞ-ın 2026-cı ildən etibarən GÖKBEY-in seriyalı istehsal xəttinin gücünü artırması və Jandarma Baş Komandanlığına həyata keçirilən ilk təhvillərdən sonra platformanın döyüş şəraitində özünü doğrultmuş platformaya çevrilməsi istiqamətində irəliləyişi onun ixrac potensialını birbaşa artırır. Digər tərəfdən, helikopter 2025-ci il ərzində qış sınaqlarını başa çatdırıb və ötən həftələrdə mülki sertifikat da alıb.

T625 GÖKBEY-in diqqət çəkən xüsusiyyətləri

Türkiyənin ilk yerli və özünəməxsus ümumi təyinatlı helikopteri olan GÖKBEY həm hərbi, həm də mülki istifadəçilərə xidmət göstərəcək şəkildə hazırlanıb.

Jandarma-GÖKBEY

Hazırda LHTEC CTS800-4AT mühərriklərindən istifadə edən helikopter üçün TS1400 adlı yerli turboşaft mühərrikinin hazırlanması prosesi də davam edir. Helikopterdə ASELSAN tərəfindən istehsal olunan və mülki aviasiya standartlarına tam uyğun 34 fərqli avionik sistem yer alır.

6 ton qalxma kütləsinə və 12 sərnişin tutumuna malik olan platforma xarici yanacaq çəni ilə 948 kilometr məsafəyə çata bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şimali-Makedoniya   Türkiyə  


Bizi "telegram"da izləyin