“Al Hadath”: İranda ABŞ helikopterlərinin hücumunun qarşısı alınarkən dörd zabit həlak olub

2025/12/1767072204.jpg
Oxunub: 417     10:48     06 Aprel 2026    
İranın mərkəzi hissəsində yerləşən İsfahan şəhəri yaxınlığında ABŞ-nin bir neçə helikopterinin hücumunun qarşısı alınarkən İranın hava hücumundan müdafiə qüvvələrinin dörd zabiti həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Mənbənin məlumatına görə, “İranın hava hücumundan müdafiə sistemlərinin dörd komandiri İsfahan yaxınlığında ABŞ helikopterləri ilə toqquşmalar zamanı həlak olub”. Toqquşmanın detalları hələlik məlum deyil.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin