ABŞ amerikalı pilotların xilas edilməsindən sonra İrana zərbələri davam etdirir

2026/03/1774971273.jpg
Oxunub: 398     10:39     06 Aprel 2026    
ABŞ İranda yerləşən hədəflərə aktiv şəkildə zərbələr endirməyə davam edir. Bu barədə ABŞ-nin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) açıqlama verərək cümə günü İranın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan ABŞ qırıcı təyyarəsinin pilotlarının xilas edildiyini təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Komandanlıq bildirib ki, amerikalı hərbçilər İranda həyata keçirilən iki ayrı axtarış-xilasetmə əməliyyatı zamanı təhlükəsiz şəkildə təxliyə olunublar.

“ABŞ-nin İrana zərbələri davam edir və ABŞ Mərkəzi Komandanlığının qüvvələri İran rejiminin güc nümayiş etdirmək imkanlarını zəiflədir”, - deyə açıqlamada qeyd olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin