Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Biz açarları itirmişik”, - deyə Zimbabvedəki İran səfirliyi sosial şəbəkə hesabında yazıb.
İslam Respublikasının Cənubi Afrikadakı diplomatik nümayəndəliyi zarafatı davam etdirərək bildirib ki, “açarlar güldanın altındadır” və Hörmüz boğazına giriş “yalnız dostlar üçün açıqdır”.
Aprelin 5-də ABŞ prezidenti Donald Tramp xəbərdarlıq edib ki, əgər Tehran “lənətə gəlmiş Hörmüz boğazını” açmasa, ABŞ qüvvələri İranın bütün körpülərini və elektrik stansiyalarını məhv edəcək.
Bundan əvvəl İran mümkün növbəti hücumlara cavab olaraq ABŞ və İsrailin infrastrukturuna zərbə endirəcəyi ilə hədələmişdi. “Xatəm əl-Ənbiya” qüvvələrinin baş komandanı Əli Abdollahi bəyan etmişdi ki, düşmənin qarşısında “cəhənnəmin qapıları açılacaq”. Onun açıqlaması Trampın Tehrana Hörmüz boğazı və Vaşinqtonla mümkün razılaşma ilə bağlı qərar vermək üçün 48 saat vaxt verdiyi ultimatumdan sonra səslənib.
Sevinc Əliyeva
Ordu.az