Ordu.az xəbər verir ki, bu barədə CNN vəziyyətlə tanış mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, onlar yüzlərlə xüsusi təyinatlı əməliyyat əməkdaşları, eləcə də ABŞ-nin hərbi və kəşfiyyat personalı ilə birlikdə ABŞ Hərbi Hava Qüvvələrinin polkovnikinin missiyasının hazırlanması, xilasetmə əməliyyatı və İran ərazisindən təxliyə prosesində iştirak ediblər.
Telekanalın daha əvvəl verdiyi məlumata görə, yaralı zabit iki gün davam edən riskli axtarışlardan sonra nəhayət xilas edilib. Onun F-15E “Strike Eagle” qırıcısı cümə günü İranın cənub-qərbində gecə missiyası zamanı vurulub. Birinci pilot isə elə həmin gün tapılaraq İrandan təxliyə olunub.
Mənbə bildirib ki, qırıcı ABŞ Hərbi Hava Qüvvələrinin 48-ci aviasiya qanadına məxsusdur və həmin bölmənin təyyarələri Böyük Britaniyanın Leykenhit aviabazasından Yaxın Şərqə yerləşdirilib. Nəşrdə qeyd olunur ki, yüksək vəzifəli şəxslər axtarış-xilasetmə əməliyyatını ərazi və düşmən mühiti səbəbindən ən çətin döyüş tapşırıqlarından biri kimi qiymətləndiriblər.
Sevinc Əliyeva
Ordu.az