İsrail İranın neft-kimya sənayesinə qarşı zərbələri gücləndirəcəyi ilə hədələyib

2026/01/1767987960.jpg
Oxunub: 435     10:18     06 Aprel 2026    
İsrailin müdafiə naziri İsrail Kats bəyan edib ki, ölkəsi İranın neft-kimya sənayesinə qarşı zərbələri gücləndirməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, nazir bu açıqlamanı İsrail silahlı qüvvələrinin İranın cənub-qərbində yerləşən Mahşəhr şəhərində iri neft-kimya kompleksinə zərbə endirməsindən bir gün sonra verib.

Katsın sözlərinə görə, son iki il ərzində neft-kimya sektoru İslam İnqilabı Keşikçiləri Korpusu üçün təxminən 18 milyard dollar maliyyə təmin edib.

O vurğulayıb ki, bu sahə “birbaşa olaraq İranın “yer-yer” raket sənayesinə xidmət edir” və İran iqtisadiyyatının əhəmiyyətli hissəsini təşkil edir, bu isə hökumətə İsrailə qarşı istifadə olunan silahların istehsalına imkan verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin