ABŞ xüsusi təyinatlı qüvvələri amerikalı pilotu xilas edərkən özlərinə məxsus 2 təyyarəni məhv edib

2026/03/1774541973.jpg
Oxunub: 396     10:16     06 Aprel 2026    
ABŞ xüsusi təyinatlı qüvvələri İran tərəfindən vurulan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15E qırıcısının pilotunu xilas etmək üçün keçirilən əməliyyat zamanı özlərinə məxsus iki C-130 nəqliyyat təyyarəsini partlatmağa məcbur olub.

Ordu.az xəbər verir ki, bu barədə “ABC News” məsələyə yaxın mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, axtarış-xilasetmə qrupu İran ərazisinə eniş edərkən təyyarələr palçığa batıb. O əlavə edib ki, ABŞ hərbçiləri təyyarələrin İranın əlinə keçməsinin qarşısını almaq üçün onları qəsdən məhv ediblər. Nəticədə komandanlıq yaralı pilotu və xüsusi təyinatlı qüvvələrin bölmələrini ölkədən Küveytə çıxarmaq üçün əlavə üç təyyarə göndərməyə məcbur olub.

BBC-nin məlumatına görə, F-15E qırıcısı cümə günü İsfahanın cənub-şərqində yerləşən dağlıq ərazidə qəzaya uğrayıb. Məhz həmin ərazidə ikinci amerikalı pilotun axtarış və təxliyə əməliyyatları aparılıb. Birinci pilot isə elə həmin gün tapılıb və İrandan gəlmiş xilasedicilər tərəfindən təxliyə edilib. “CBS News”un məlumatına görə, əməliyyatda təxminən 100 amerikalı xüsusi təyinatlı və onlarla döyüş təyyarəsi iştirak edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin