Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Hörmüz boğazı xüsusilə ABŞ və İsrail üçün heç vaxt əvvəlki vəziyyətinə qayıtmayacaq”, - deyə “X” sosial media platformasında yayılan bəyanatda qeyd olunub.
Bəyanatda həmçinin bildirilib ki, İİKK İranın yüksək vəzifəli rəsmiləri tərəfindən əvvəllər açıqlanmış genişmiqyaslı planın operativ hazırlığının son mərhələsinə çatıb.
Daha əvvəl İran prezidentinin aparatının kommunikasiya üzrə rəhbərinin müavini Məhəmməd-Mehdi Tabatabai “X” sosial media platformasında yazmışdı ki, həyati əhəmiyyətli su yolunun yenidən açılması yalnız tranzit gəlirlərinin qismən İranın müharibə zərərlərinin kompensasiyasına yönəldilməsi halında mümkün ola bilər.
İİKK-nın bəyanatı İran parlament komitəsinin Hörmüz boğazından keçən gəmilər üçün tranzit rüsumlarının tətbiqini nəzərdə tutan qanun layihəsini təsdiqləməsindən cəmi bir neçə gün sonra səsləndirilib. İran KİV-lərinin məlumatına görə, təklifə tranzit rüsumları, ABŞ və İsrail üçün tranzit qadağası və İrana qarşı birtərəfli sanksiyalarda iştirak edən ölkələr üçün məhdudiyyətlər daxildir.
Sevinc Əliyeva
Ordu.az