“Pervıy Bliçnevostoçnıy”: İranlılar amerikalı pilotlardan birinə aid qalıqların fotosunu yayıblar

2026/04/1775454946.jpg
Oxunub: 433     09:50     06 Aprel 2026    
İranlılar amerikalı pilotlardan birinə aid qalıqların fotosunu yayıblar.

Ordu.az xəbər verir ki, bu barədə “Pervıy Bliçnevostoçnıy” “Telegram” kanalı məlumat yayıb.

“Kifayət qədər gözləmək lazımdır, bəlkə daha çox məlumat olar, amma əgər bu doğrudursa, aydındır ki, iranlılarda bu foto hələ gündüzdən var idi. Onlar bunu axşam saatlarında, Trampın qələbə tonlu bəyanatlarından sonra yayıblar. Maraqlıdır, ABŞ Silahlı Qüvvələrinin bu “inanılmaz uğurlu” əməliyyatı ilə bağlı iranlılar daha nələri göstərəcəklər”, - deyə kanal yazıb.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp, amerikalı rəsmilər və media amerikalı pilotu xilas etmək üçün ölkənin xüsusi təyinatlı qüvvələrinin həyata keçirdiyi mürəkkəb əməliyyat barədə məlumat yaymışdı.

İranın İslam İnqilabı Keşikçiləri Korpusu isə öz növbəsində bu məlumatı qəti şəkildə təkzib edib, həmçinin bildirib ki, ABŞ qüvvələrinin uğursuz əməliyyatı zamanı iki hərbi helikopteri və iki hərbi nəqliyyat təyyarəsini vurub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin