24 saat ərzində 15 gəmi Hörmüz boğazından keçib

2026/04/1775316466.jpg
Oxunub: 458     09:33     06 Aprel 2026    
Keçid İranın icazəsi ilə həyata keçirilib, lakin naviqasiya hələ də aşağı səviyyədədir

Ordu.az xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

İranın icazəsindən sonra son 24 saat ərzində 15 gəmi Hörmüz boğazından keçib.

“Son statistika göstərir ki, Hörmüz boğazı vasitəsilə son 24 saat ərzində İranın icazəsi ilə 15 gəmi keçib”, - deyə agentliyin “Telegram” kanalında yayılan açıqlamada qeyd olunur.

Bildirilib ki, boğaz vasitəsilə gəmi hərəkəti ABŞ-İsrail birgə əməliyyatından əvvəlki dövrlə müqayisədə hələ də 90% aşağıdır.

Ötən gün iki Yaponiya tankeri Yaxın Şərqdə münaqişənin başlanmasından bəri ilk dəfə təhlükəsiz şəkildə Hörmüz boğazından keçib.

Birinci tanker Panama bayrağı altında üzən “Sohar” LNG olub və yaponiyanın “Mitsui” O.S.K. şirkətinə məxsus yük daşıyıb. Gəmi aprelin 3-nə keçən gecə Fars körfəzindən çıxaraq boğazdan keçib.

Daha sonra şənbə axşamı eyni şirkətə məxsus, lakin Hindistan bayrağı altında üzən “Green Sanvi” tankeri körfəzdən çıxaraq mayeləşdirilmiş təbii qaz yükü daşıyıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Hörmüz  


Bizi "telegram"da izləyin