Azərbaycan və Türkiyə müdafiə sənayesi üzrə Anlaşma Memorandumunun icrasına start verib - FOTOLAR

2026/04/1775221666.jpg
Oxunub: 435     16:11     03 Aprel 2026    
Azərbaycan və Türkiyə müdafiə sənayesi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumunun icrasına başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

Belə ki, müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov Azərbaycanda işgüzar səfərdə olan Türkiyə Müdafiə Sənayesi Komitəsi sədrinin müavini Hakan Karataşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı iki qurum arasında əməkdaşlığın hüquqi və institusional əsaslarını möhkəmləndirmək üçün imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə edilib. Həmçinin bu istiqamətdə konkret fəaliyyətlərin həyata keçirilməsi məqsədilə müvafiq icra müqaviləsi imzalanıb.

H.Karataş və H.Əzimov, həmçinin Türkiyə-Azərbaycan Universiteti və Bakı Ali Neft Məktəbinin rəhbərliyi ilə görüşlər keçiriblər.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Türkiyə  


Bizi "telegram"da izləyin