Ordu.az xəbər verir ki, bu barədə İrəvanda keçirilən dəyirmi masa zamanı rusiyalı politoloq, Ali İqtisadiyyat Məktəbinin Avropa və beynəlxalq tədqiqatlar mərkəzinin elmi-tədqiqat universitetinin direktor müavini Dmitri Suslov bildirib.
Onun sözlərinə görə, Ermənistanın mövcud hakimiyyətinin sülhə zəmanət verdiyi iddiasına gəldikdə isə, Rusiya buna ciddi şübhə ilə yanaşır.
Politoloq vurğulayıb ki, Rusiyanın çəkindirmə amili Ermənistan və Azərbaycan arasında müharibənin yenidən başlamamasının əsas təminatıdır.
O qeyd edib ki, seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq Ermənistanın müharibəyə başlaması ssenarisini təsəvvür etmək çətindir. “Azərbaycan Rusiyanın çəkindirmə gücünün zəiflədiyini hiss edən kimi müharibə başlaya bilər. Bu isə Gümrüdəki Rusiya hərbi bazasının çıxarılması və Rusiya-Ermənistan münasibətlərinin tam şəkildə pozulması demək olacaq”, - deyə Suslov bildirib.
O qeyd edib ki, İranın zəifləməsi də əlavə amildir və onun Ermənistan tərəfində müharibəyə qoşulması az ehtimal olunur.
“Nəticə etibarilə, sülhün əsas təminatçısı Rusiya-Ermənistan münasibətlərinin pozulmasına imkan verməyən qüvvələrin (seçkilərdə) qalib gəlməsi olacaq”, - deyə politoloq sözlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az