Ordu.az xəbər verir ki, bunu İrəvanda keçirilən dəyirmi masa zamanı rusiyalı politoloq, Ali İqtisadiyyat Məktəbinin Avropa və beynəlxalq tədqiqatlar mərkəzinin elmi-tədqiqat universitetinin direktor müavini Dmitri Suslov deyib.
“Burada söhbət TRIPP-dən (Zəngəzur dəhlizi-red.) getmir, sadəcə vahid Azərbaycan ideyasından gedir. Zəngəzur Azərbaycan ərazisinə çevriləcək və Naxçıvan bölgəsinə dəhliz olacaq. Mən hesab edirəm ki, bu, İrəvanın Bakı və Ankara ilə siyasi razılaşmalarından asılı olmayaraq həyata keçirilə biləcək tam real ssenaridir. Heç bir razılaşma yerinə yetirilməyəcək. Əgər Ermənistan Rusiyanın mövcudluğunu və onun təmin etdiyi çəkindirmə amilini itirərsə, Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərində hər hansı istiləşmə bu ölkələrin elitaları tərəfindən tamamilə nəzərə alınmayacaq”, - deyə politoloq vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az