“Rusiyaya səfərimi uğurlu hesab edirəm” - Paşinyan

2026/03/1773688082.jpg
Oxunub: 527     13:05     02 Aprel 2026    
“Rusiyaya etdiyim səfəri uğurlu hesab edirəm”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün jurnalistlərlə söhbətində Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

O qeyd edib ki, tərəflər konkret istiqamətlər üzrə konkret razılaşmalar əldə ediblər, eyni zamanda ikitərəfli münasibətlərin inkişafında növbəti mərhələ müşahidə olunur və bu münasibətlər normal məcrada inkişaf edir.

Rusiya hökumətinin baş nazir müavini Aleksey Overçukun açıqlamalarını şərh edən Paşinyan bildirib ki, bu bəyanatlarda heç bir təhdid görməyib: “Bizim çıxışlarımızda da təhdid yoxdur. Bu, tərəflərin öz mövqelərini ifadə etdiyi normal iş prosesidir”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin