Ordu.az xəbər verir ki, bunu “Yerablur”da erməni separatçı, küçmiş döyüşçü Aşot Sarkisyan deyib.
Sarkisyan bildirib ki, 44 günlük müharibənin guya Robert Köçəryan və Serj Sarkisyan tərəfindən təşkil edilməsi iddiaları absurddur: “Bəziləri deyir ki, guya onlar müharibə zamanı məğlubiyyət üçün şərait yaradıblar ki, hakimiyyət dəyişsin. Bu, tamamilə cəfəngiyyatdır”.
O qeyd edib ki, parlamentdə istintaq komissiyası yaradılıb və belə fakt olsaydı, üzə çıxarılardı: “1000-dən çox insan dindirilib və hamısı mövqeləri tərk etmək əmri verən şəxsin kim olduğunu deyib”.
Sarkisyan konkret nümunə də gətirib: “Bizə Dağyurddan Çağadüzə qədər 7 km-lik ərazini qorumaq tapşırılmışdı. Noyabrın 5-də Paşinyanın adından bizə dedilər ki, mövqeləri tərk etməliyik. Bu gün Maxsudyanla belə davranmalarının səbəbi də budur, o, İrəvana zəng edərək belə bir tələb olduğunu deyib və bildirib ki, biz mövqeləri tərk etməyəcəyik. Çünki əgər çıxsaydıq, türk qüvvələri həmin istiqamətdən keçərək Cənub kəndinə çatacaq, oradan isə artıq Xankəndini hətta daşla da vura bilərdilər. Biz isə mövqeləri tərk etmədik”.
Alpər Mövludoğlu
Ordu.az