İran isə öz növbəsində ABŞ Prezidenti Donald Trampın bəyanatlarını bir neçə dəfə təkzib edərək bildirib ki, Trampın iddia etdiyi kimi İran ilə ABŞ arasında heç bir danışıqlar aparılmır.
Ordu.az xəbər verir ki, İranda baş verən bu proseslərin hansı istiqamətdə inkişaf edə biləcəyi ilə bağlı Ermənistan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, hərbi ekspert Hayk Nahapetyan öz qiymətləndirməsini verib.
Onun fikrincə, bu proseslər çoxqütblü dünyanın əvvəl faktiki, daha sonra isə hüquqi baxımdan formalaşmasına gətirib çıxarır.
“Bu müharibə ABŞ-nin idarə etdiyi təkqütblü dünya ilə Rusiya-İran-Çin-Hindistan və digər dövlətlərin formalaşdırmağa çalışdığı çoxqütblü dünya arasında gedir. Hazırda hədəf İslam Respublikasıdır. Burada bir neçə amil var, onlardan biri neft amilidir. ABŞ düşünür ki, İrana qalib gələrsə, faktiki olaraq Çin iqtisadiyyatına təsir göstərə bilər və bu yanaşma açıq şəkildə görünür. Hesab edirəm ki, bu müharibədə İranın iki müttəfiqi var: Rusiya və Çin. Onların dəstəyi ilə ABŞ və İsrail məğlub olur, ancaq bu dəstək açıq şəkildə ifadə edilmir”, - deyə Nahapetyan bildirib.
Onun sözlərinə görə, İsrail və ABŞ artıq bu müharibədə məğlub olublar və hətta nüvə silahı istifadə edilsə belə, çoxqütblü dünyanın formalaşmasının qarşısını almaq mümkün olmayacaq.
“Mən istisna etmirəm ki, ABŞ-də “Vyetnam-2” ssenarisi baş versin. Bu, o deməkdir ki, müharibə əleyhinə məğlubiyyət o qədər güclü olur ki, hökumət qoşunlarını geri çəkmək qərarı verir. Lakin burada əlavə amil də var: İran qalib gəlir. Yəni İsrail və ABŞ qarşıya qoyduqları məqsədlərə nail ola bilmirlər. Buradan belə nəticə çıxır ki, gec-tez çoxqütblü dünya formalaşacaq. Əgər ABŞ Prezidenti müharibəni hansısa əraziləri ələ keçirmək üçün uzatmağa çalışsa, o zaman “Vyetnam variantı” daha tez baş verəcək”, - deyə o vurğulayıb.
Erməni ekspert qeyd edib ki, bu gün səhər təhlükəsizlik qüvvələri ABŞ-də Donald Trampı tribunadan uzaqlaşdırıb, çünki çox sayda vətəndaş Ağ Evə hücum etməyə cəhd göstərib. Buna görə də, əgər Tramp müharibəni davam etdirsə, vətəndaşların ayağa qalxması və daxili parçalanmaların baş verməsi istisna edilmir.
“Rusiya və Çin İrana kifayət qədər konkret şəkildə dəstək verir. Müharibənin nəticəsi artıq müəyyən olunub, hər şey zaman məsələsidir”, - deyə Nahapetyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az