Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Rusiyanın Paşinyana sərt rəddi” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, martın 23-də Putin-Paşinyan telefon danışığından sonra “Hayastan” fraksiyasının deputatı Qarnik Danielyan öz məlumatlarına istinadən bildirmişdi ki, Ermənistan dəmir yollarının qazax şirkətinə konsessiya idarəetməsinə verilməsi məsələsi müzakirə olunur. Bir neçə gün sonra isə artıq Paşinyan bəyan etmişdi ki, bu məsələ üzrə Rusiya ilə razılıq əldə olunarsa, İrəvan Ermənistan dəmir yollarının qazax konsessiya idarəetməsinə verilməsi variantına qarşı deyil.
“Nikitinin sözlərinə görə, onlar konsessiyanı heç kimə verməyi planlaşdırmırlar və Ermənistan tərəfdaşları da bu məsələləri rəsmi səviyyədə onlarla müzakirə etməyiblər. Faktiki olaraq, Rusiya tərəfi məhz Paşinyanın bəyanatını təkzib edir. Xatırladaq ki, konsessiya idarəetməsi 30 il müddətinə bağlanıb, 2008-ci il fevralın ayında imzalanıb və daha 10 il uzadılmaq hüququ var. 2028-ci ildə Ermənistan tərəfi müqaviləni birtərəfli qaydada ləğv edə bilər. Paşinyan daha əvvəl dəmir yollarının konsessiya idarəetməsinin İrəvan və Moskva ilə dost olan hər hansı bir ölkəyə satılmasını təklif etmişdi”, - deyə KİV bildirib.
Müəllifin sözlərinə görə, müxtəlif ölkələr, yəni Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, indi isə Qazaxıstan haqqında danışılırdı və Rusiya tərəfinin bu gərgin reaksiyası göstərir ki, Moskva nə Ermənistanın, nə də ABŞ-nin qaydaları ilə oynamaq niyyətində deyil və öz həyati maraqlarını qorumaqda davam edəcək.
“Ermənistan tərəfinin hansı yeni addım atacağı hələ məlum deyil, lakin bu vəziyyət Ermənistan üçün ciddi nəticələr doğura bilər. Üstəlik, Ermənistan tərəfi iyunun 7-də keçiriləcək seçkilərə qədər gözləyəcək və əgər Paşinyan yenidən hakimiyyətdə qalmağı bacarsa, bundan sonra hadisələr son dərəcə geri dönməz və ağır istiqamətdə inkişaf edə bilər”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az