Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Həmin şəxslər “Buşehr” AES-dən təxliyə edilmiş və İrandan Ermənistana “Nurduz”/“Aqarak” sərhəd-keçid məntəqəsi vasitəsilə daxil olmuşdular.
“İrəvandan xüsusi reyslə Moskvaya yola düşən Rusiya vətəndaşları ilə bərabər, Belarus, Tacikistan və Özbəkistan vətəndaşları da təxliyə ediliblər.
Ümumilikdə, İrana qarşı Amerika-İsrail təcavüzü başlayandan etibarən Ermənistan ərazisindən keçərək Rusiyaya 327 Rusiya vətəndaşı qayıdıb.
“Rosatom” Dövlət Korporasiyası əməkdaşlarının giriş sənədlərinin operativ şəkildə rəsmiləşdirilməsinə və göstərilən xoş münasibətə görə Ermənistan hakimiyyətinə dərin minnətdarlığımızı bildiririk”, - deyə səfirlik qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az