"Prezident İlham Əliyev ölkəsini tamamilə yeni istiqamətə yönəldib" - Uitkoff (VİDEO)

2026/03/1773168530.jpg
Oxunub: 762     13:38     28 Mart 2026    
ABŞ-nin Yaxın Şərq üzrə xüsusi elçisi Stiven Uitkoff Mayamidə keçirilən "FII PRIORITY 2026" investisiya forumunda Azərbaycanın Prezidenti İlham Əliyev haqqında danışıb.

Ordu.az-ın məlumatına görə, Uitkoff bildirib ki, dünyada bir çox böyük liderlik nümunəsi var və bir çox gənc liderlər dünya üçün ümid mənbəyi ola bilər.

O əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp onların hamısı ilə yaxın münasibətdədir.

"Məsələn, Azərbaycanın Prezidenti İlham Əliyevə baxın – o, ölkəsini tamamilə yeni istiqamətə yönəldib. Mən düşünürəm ki, Sülh Şurası həqiqətən də eyni baxışları paylaşan bir çox insanı birləşdirir", – Uitkoff Mayamidə keçirilən investisiya forumunda bildirib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Azərbaycan  


Bizi "telegram"da izləyin