Avropa İttifaqı Ermənistana bir neçə qrup göndərəcək

2025/10/1761476356.jpg
Oxunub: 479     14:06     28 Mart 2026    
Avropa İttifaqı artıq açıqlayıb ki, aprelin əvvəlində 9-14 nəfərlik ekspert missiyasını Ermənistana göndərəcək ki, hakimiyyətə hibrid təhdidlərə və xarici informasiya manipulyasiyalarına qarşı mübarizədə kömək etsin.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri məlumat yayıb.

“Aİ hesab edir ki, Ermənistan intensiv hibrid əməliyyatlarla üz-üzədir və onların məqsədi demokratik institutları və cəmiyyətin etimadını sarsıtmaqdır.

Brüssel bu fəaliyyətlərə xarici informasiya manipulyasiyaları və müdaxilə, kibertəhdidlər və seçki proseslərinin qanunsuz maliyyələşdirilməsini daxil edib. Missiya Ermənistanda 10-15 gün qalacaq, baş nazir aparatının və Təhlükəsizlik Şurası ofisinin, Mərkəzi Seçki Komissiyasının, Daxili İşlər Nazirliyinin və Dövlət Gəlirləri Komitəsinin nümayəndələri ilə görüşlər keçirəcək. Mənbələrimizin məlumatına görə, missiya bununla yekunlaşmayacaq”, - deyə nəşr qeyd edib.

KİV bildirib ki, Moldova və Polşadan da bir neçə ayrıca qrup Ermənistana gələcək və birbaşa mövcud hakimiyyətlə və “Vətəndaş Müqaviləsi” partiyası ilə işləyərək məsləhətçi dəstəyi göstərəcək.

“Digər bir qrup isə hazırda seçki kampaniyasının getdiyi Macarıstandan gələcək və aprelin 12-də orada parlament seçkiləri keçiriləcək.

Aİ Macarıstanda Viktor Orban hökumətini devirməyə və daha loyal partiyanı hakimiyyətə gətirməyə çalışır. Artıq aprelin ortalarından etibarən həmin təbliğat qrupları Ermənistana yönləndiriləcək ki, Nikol Paşinyana dəstək versinlər”, - deyə KİV bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan    


Bizi "telegram"da izləyin