“İndi Rusiyaya gedəcəyəm” - Paşinyan

2026/03/1774525389.jpg
Oxunub: 427     12:58     28 Mart 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyan Malatiya bazarında vətəndaşlarla görüş zamanı yaxın vaxtlarda Rusiyaya səfər edəcəyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Vətəndaşlardan biri Paşinyana Rusiya ilə münasibətləri korlamamağı tövsiyə edib və orada çoxlu qohumlarının yaşadığını qeyd edib.

Paşinyan cavabında deyib: “Nədən danışırsınız, indi Rusiyaya gedəcəyəm, hansı düşmən, necə? Rusiya bizim dost ölkəmizdir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Rusiya  


Bizi "telegram"da izləyin