Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Saat 00:30 radələrində Vardan A. idarə etdiyi “Kia” markalı avtomobillə Abovyan şəhərinin Hatis küçəsində hərəkət zolağından çıxaraq yol kənarındakı ağaca çırpılıb və avtomobil aşıb.
19 yaşlı Vardan hərbçi olub, Gorusda qulluq edirmiş və məzuniyyətə gəlibmiş. Onun ailəsi bir neçə il əvvəl Masisə köçüb, Vardan isə məktəb yoldaşlarını görmək üçün Abovyana gedib.
Avtomobildə onunla birlikdə daha 4 dostu olub. Beş nəfərin hamısı “Abovyan” tibb mərkəzinə çatdırılıb. Vardan reanimasiya şöbəsində ölüb.
Onun dostları isə müxtəlif dərəcəli xəsarətlərlə İrəvandakı “Müqəddəs Qriqor Lusavoriç” tibb mərkəzinə yerləşdiriliblər.
Alpər Mövludoğlu
Ordu.az