Ermənistan MN-ə məxsus “Ural” qəzaya düşüb, yaralananlar var

2026/03/1774685085.jpg
Oxunub: 430     12:04     28 Mart 2026    
Martın 26-da Ermənistanın Lori vilayətində yol-nəqliyyat hadisəsi baş verib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Saat 11:20 radələrində Spitak-Gümrü avtomobil yolunun 15,5-ci kilometrliyində “Volkswagen” markalı minik avtomobili ilə “Ural” markalı yük maşını toqquşub.

Məlumata görə, qəza nəticəsində 2 nəfər yaralanıb. Onlara ilk yardımı erməni sakinlər və hadisə yerinə gələn “Spitak” tibb mərkəzinin təcili yardım briqadaları göstərib, daha sonra isə xəstəxanaya çatdırılıblar.

Həkimlər yaralılara xəstəxanaya aparılmadan əvvəl yerində ilkin tibbi yardım göstəriblər.

Faktla bağlı istintaq şöbəsində cinayət işi başlanıb və sürücülərin, eləcə də yaralıların şəxsiyyəti müəyyənləşdirilir. Ehtimal olunur ki, iş daha sonra Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq Baş İdarəsinin müvafiq bölməsinə verilə bilər.

Məlumata görə, “Ural” avtomobili Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin balansındadır, toqquşma nəticəsində isə “Volkswagen” yoldan çıxaraq sahəyə düşüb.

Məlumata görə, yaralananlar ata və oğuldur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN   Qəza  


Bizi "telegram"da izləyin