DTX təhlükəsizlik orqanlarının 107-ci ildönümü ilə bağlı videoçarx yayıb

2026/03/f5e8b-1774681898.jpg
Oxunub: 601     11:10     28 Mart 2026    
Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 107-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən videoçarx hazırlanaraq ictimaiyyətə təqdim olunub.

Ordu.az xəbər verir ki, videoçarxda təhlükəsizlik orqanlarının keçdiyi tarixi yol, dövlət təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər, həmçinin bu sahədə xidmət edən əməkdaşların fəaliyyətinə yer verilib.

Qeyd edək ki, hər il 28 mart tarixi Azərbaycanda Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DTX   107  


Bizi "telegram"da izləyin