Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, görüş zamanı tərəflər əməkdaşlığın inkişaf perspektivlərini ətraflı müzakirə ediblər.
“Xüsusilə siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, investisiya layihələrinin təşviqi, eləcə də mədəni və təhsil sahələrində mübadilələrin artırılması məsələlərinə toxunulub. Həmçinin yüksək texnologiyalar və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Tərəflər qeyd ediblər ki, iki ölkə arasında əməkdaşlıq xarici amillərdən asılı olmayaraq sabit və ardıcıl şəkildə inkişaf edir. Bildirilib ki, bu irəliləyiş təkcə dövlətlərarası münasibətlərə deyil, həm də xalqlar arasında mövcud olan möhkəm dostluğa və ortaq maraqlara əsaslanır.
Söhbət zamanı regiondakı son proseslər də müzakirə olunub, mövcud çağırışlar və onların aradan qaldırılması yolları barədə fikir mübadiləsi aparılıb. Sülhün təmin edilməsi, uzunmüddətli sabitliyin qorunması və demokratik institutların inkişafı məsələlərinin regionda təhlükəsiz və proqnozlaşdırıla bilən mühitin formalaşmasına töhfə verə biləcəyi vurğulanıb”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az