Ordu.az xəbər verir ki, bunu Ermənistan palamentində jurnalistlərə açıqlamasında parlament sədrinin müavini Ruben Rubinyan deyib.
Rubinyan bu fikirləri bir neçə gün əvvəl metroda baş verən hadisə ilə bağlı Ermənistanın sabiq prezidenti Robert Köçəryanın açıqlamasına münasibət bildirərkən səsləndirib. Köçəryan qeyd etmişdi ki, belə tonda danışmaq “erməni davranış kodunun” olmamasını göstərir.
“Poğos Poğosyanın qətlinə qayıdaq. Robert Köçəryanın mühafizəçisi “Privet, Rob” deyən daşnaka hücum edərək öldürüb, bundan sonra isə nə üzr istənilib, nə də məsuliyyət qəbul olunub. Hətta məlum video da var ki, deyir: o adam sağ olsaydı, ona bir-iki söz deyərdim”, - deyə Rubinyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az