Paşinyanın müavini BVF nümayəndə heyəti ilə görüşüb

2026/03/1774437846.jpg
Oxunub: 384     15:32     25 Mart 2026    
Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan Beynəlxalq Valyuta Fondunun (BVF) Ermənistandakı missiyasının rəhbəri Aleksandr Timanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, görüşdə BVF-nin Ermənistandakı daimi nümayəndəsi Umanq Ravat da iştirak edib.

“Tərəflər 2025-ci ilin sonunda təsdiqlənmiş BVF ehtiyat proqramı çərçivəsində nəzərdə tutulan tədbirlərin icrasının gedişini müzakirə ediblər. Ermənistanda həyata keçirilən islahatlar və hökumətin fiskal siyasəti ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı regiondakı son proseslərə və regional kommunikasiyaların açılması məsələsinə də toxunulub”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   BVF  


Bizi "telegram"da izləyin