Erməni vitse-spiker Ermənistan-Türkiyə münasibətləri barədə: “İki gün əvvəl Kılıçla danışmışam”

2025/09/1758892180.jpg
Oxunub: 335     15:29     25 Mart 2026    
“Ermənistan-Türkiyə münasibətləri ilə bağlı yeni bir məlumat olsa, bildirəcəyəm, hazırda yenilik yoxdur”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentində jurnalistlərə açıqlamasında parlament sədrinin müavini Ruben Rubinyan deyib.

Danışıqlar prosesinin dayanıb-dayanmadığı ilə bağlı suala o belə cavab verib: “Xeyr, dayanmayıb, sadəcə yeni deyəcək sözüm yoxdur”.

Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıçla sonuncu dəfə nə vaxt danışdığı barədə suala isə Rubinyan “iki gün əvvəl” cavabını verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubinyan   Ermənistan  


Bizi "telegram"da izləyin