Rubinyan: “Hakimiyyətə gəlsək, AİB-dən çıxacağıq deməmişik”

2022/01/96964-1643105826.jpg
Oxunub: 360     15:24     25 Mart 2026    
“Biz heç vaxt Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaq barədə bəyanat verməmişik”.

Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistan parlamentində jurnalistlərə açıqlamasında parlament sədrinin müavini Ruben Rubinyan bildirib.

Jurnalistlərin “Nikol Paşinyan “Yelk” blokunun deputatı olduğu dövrdə bu məsələni qaldırmışdı” xatırlatmasına Rubinyan belə cavab verib: “Dinləmə olub, amma “Vətəndaş Müqaviləsi” partiyası heç vaxt, əgər 2018-dən əvvəlki dövrü nəzərdə tutursunuzsa, hakimiyyətə gəldiyi halda AİB-dən çıxacağını bəyan etməyib. Bundan əvvəl “Yelk” blokunun təşəbbüsü ilə bu məsələ ilə bağlı dinləmə keçirilib”.

Jurnalistlər “Yelk” blokunun bununla bağlı qanun layihəsi təqdim etdiyini qeyd etdikdə isə Rubinyan bildirib: “Yoxlayacağıq, söz verirəm”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubinyan   Ermənistan  


Bizi "telegram"da izləyin