Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentində jurnalistlərə açıqlamasında parlament sədrinin müavini Ruben Rubinyan bildirib.
Onun sözlərinə görə, hazırda müharibə ehtimalı sıfıra bərabərdir, çünki Ermənistan mövcud siyasəti davam etdirir: “Əgər müxalifət hakimiyyətə gəlsə və bəyan etdiyi siyasəti həyata keçirsə, bu, 100 faiz müharibəyə gətirib çıxaracaq”.
Rubinyan qeyd edib ki, müxalifət açıq şəkildə mövcud sülh parametrləri ilə razı olmadığını bildirir və onları yenidən nəzərdən keçirmək niyyətindədir. Onun fikrincə, bu isə müharibə riskini artırır.
O qeyd edib ki, qarşıdakı seçkilər yalnız partiyalar arasında deyil, həm də fərqli siyasi kurslar arasında seçim olacaq: “Vətəndaş Müqaviləsi” sülhü qorumağı təklif edir, müxalifət isə bu sülhü yenidən nəzərdən keçirməyi”.
Rubinyan həmçinin bildirib ki, müxalifətin bəzi nümayəndələrinin səsləndirdiyi fikirlər, o cümlədən sərhədlərin və razılaşmaların yenidən nəzərdən keçirilməsi çağırışları regionda yeni münaqişəyə səbəb ola bilər.
Alpər Mövludoğlu
Ordu.az