Ordu.az xəbər verir ki, bunu Komitas adına panteonda jurnalistlərlə söhbətində Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan hakimiyyətin “əgər “Vətəndaş Müqaviləsi” partiyası qarşıdakı seçkilərdə çoxluq əldə etməsə, sentyabrda müharibə başlayacaq” bəyanatlarına münasibət bildirərkən deyib.
“Aprelın 4-də Respublikaçılar Partiyasının qurultayı keçiriləcək, bütün suallarınıza cavabları orada alacaqsınız”, - deyə o qeyd edib.
Onunla əlaqəli şəxslərin müxalifəti parçalamağa çalışdığı barədə iddialara isə Sarkisyan sərt reaksiya verib: “Bu sizə elə gəlir, əslində parçalamağa çalışan sizsiniz. Biz müxalifəti heç vaxt parçalamayacağıq. Qurultaya gəlin, bütün suallarınızı məmnuniyyətlə cavablandırarıq”.
Alpər Mövludoğlu
Ordu.az