Azərbaycan Tbilisidə İnterpolun tədbirində təmsil olunur

2026/03/1774435342.jpg
Oxunub: 394     14:01     25 Mart 2026    
Tbilisidə Gürcüstan Daxili İşlər Nazirliyi və İnterpol Baş Katibliyinin birgə təşkilatçılığı ilə "MİLENİUM" layihəsinin illik konfransı keçirilir.

Ordu.az xəbər verir ki, iki gün davam edəcək tədbirdə 25 ölkədən 60 nümayəndə iştirak edir.

Onların arasında Azərbaycanla yanaşı ABŞ, Avstriya, Azərbaycan, Belçika, Bolqarıstan, Çexiya, Estoniya, Finlandiya, Almaniya, Polşa, İsrail, İtaliya, Ermənistan, Qazaxıstan, Fransa, Hollandiya və digər ölkələrdən təmsilçilər var.

Konfrans iştirakçıları transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə qarşıya çıxan çətinlikləri, informasiya mübadiləsi imkanlarını və beynəlxalq əməkdaşlığın gücləndirilməsi yollarını müzakirə edəcəklər.

Qeyd edək ki, İnterpolun "MİLENİUM" layihəsi transmilli mütəşəkkil cinayətkarlığın qarşısını almağa yönəlib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   İnterpol  


Bizi "telegram"da izləyin