Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Gecə saat 02:10 radələrində Hindistan vətəndaşı, 25 yaşlı Şivam A. polisə zəng edərək bildirib ki, naməlum şəxs onu bıçaqla təqib edib və əlləri qan içindədir. Daha sonra 34 yaşlı Hindistan vətəndaşı Manan M. də zəng edərək kiminsə onların mənzilinə daxil olub onu döydüyünü və qaçdığını bildirib.
Şivam A. polisə ifadəsində bildirib ki, gecə saat 01:30 radələrində ona tanış olmayan 6 nəfər hindistanlı onların evinə daxil olub, onu oyadaraq pul tələb edib. O, pulunun olmadığını dedikdən sonra həmin şəxslər onu kəmərlə döyüb, bıçaqla üz və baş nahiyəsinə xəsarətlər yetiriblər. Daha sonra cibindən “Realmi C63” markalı mobil telefonunu, həmçinin döşəyin altından 190 min dram pulu oğurlayıblar.
Eyni zamanda həmin şəxslər onunla eyni ünvanda yaşayan digər Hindistan vətəndaşlarını da döyərək onlardan pul götürüblər: 37 yaşlı Harpinder S.-dən 35 min dram, 30 yaşlı Rahuldan 6 min dram, 38 yaşlı Amrik S.-dən isə 2 min dram oğurlanıb.
Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxslərin Hindistan vətəndaşları 37 yaşlı Cacmancot D., 32 yaşlı Ram L., Mintu S., Anmol S. və Acay K. olduğu müəyyən edilib. Həmçinin məlum olub ki, Şivam A.-ya bıçaqla xəsarət yetirən Anmol S., mobil telefonu oğurlayan Mintu S., döşəyin altındakı pulu isə Cacmancot D. götürüb və onun göstərişi ilə digərləri də hücum və oğurluq ediblər.
Faktla bağlı İrəvan şəhər Cinayət Polisi tərəfindən materiallar hazırlanaraq Ermənistan İstintaq Komitəsinin müvafiq istintaq şöbəsinə göndərilib.
Alpər Mövludoğlu
Ordu.az