Ermənistan Konstitusiya Məhkəməsinin hakimi seçilib

2026/03/1774417327.jpg
Oxunub: 385     10:44     25 Mart 2026    
Vladimir Vardanyan Ermənistan Konstitusiya Məhkəməsinin hakimi seçilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Erm istan parlamentində keçirilən qapalı səsvermə nəticəsində onun namizədliyinə 67 deputat “lehinə”, 0 deputat isə “əleyhinə” səs verib.

Xatırladaq ki, Ermənistan prezidenti Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə Vladimir Vardanyanın namizədliyini irəli sürmüşdü.

Vladimir Vardanyan 2018-2026-cı illərdə “Vətəndaş Müqaviləsi” partiyasının üzvü olub, 2019-2021-ci illərdə parlament deputatı (“Mənim Addımım” blokunun siyahısı üzrə), eyni zamanda parlamentin dövlət-hüquq məsələləri üzrə daimi komissiyasının sədri vəzifəsini tutub. 2021-ci il iyunun 20-də isə yenidən “Vətəndaş Müqaviləsi” partiyasının siyahısı ilə deputat seçilib.

Daha əvvəl Vardanyan bildirmişdi ki, qanunvericiliyin tələblərinə uyğun olaraq partiya üzvlüyünü dayandırıb və Konstitusiya Məhkəməsinin hakimi seçiləcəyi təqdirdə deputat fəaliyyətinə də xitam verəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Konstitusiya-Məhkəməsi  


Bizi "telegram"da izləyin