“Joğovurd”: Hayk Koncoryan, anası və bacısının fərdi evləri ilə bağlı yeni proses başlayıb

2026/03/1774418198.jpg
Oxunub: 368     09:51     25 Mart 2026    
Ermənistan Baş Prokurorluğu “Hetq” nəşrinin materialını Ermənistanın Antikorrupsiya Komitəsinə göndərib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr öyrənib ki, Arincdə tikinti ilə bağlı qalmaqallı iş üzrə yoxlama tədbirləri aparılır.

“Joğovurd” daha əvvəl məlumat vermişdi ki, Arincdə tikilmiş binalar və fərdi evlərlə bağlı “Hetq” nəşrinin materialı cinayət işinin başlanıb-başlanmaması məsələsinin həlli üçün Antikorrupsiya Komitəsinə göndərilib.

“Söhbət Arincdə tikilmiş yaşayış massivində korrupsiya zəncirinin üzə çıxarıldığı qalmaqallı hadisədən gedir. Məlumata görə, Arincdə “Milon Mining” MMC tərəfindən inşa edilən yaşayış massivində parlamentin hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Hayk Koncoryan hələ 2025-ci ilin dekabrında sərfəli şərtlərlə “taunhaus” tipli yaşayış evi alıb. Diqqətçəkən məqam odur ki, Koncoryan bu əmlakı bazar qiymətindən, hətta tikinti şirkətinin elan etdiyi qiymətdən də ucuz, hər kvadratmetr üçün cəmi 300 min dram ödəməklə əldə edib. Halbuki satış qiyməti 420 min dram təşkil edib.

Sonradan məlum olub ki, eyni tikinti şirkətindən mənzil alanlar arasında Hayk Koncoryanın anası Armine Koncoryan və bacısı Ofelya Koncoryan da var və onların evləri məhz Koncoryanın “taunhaus”unun qarşısında yerləşir”, - deyə nəşr bildirib.

“Joğovurd” nəri Ermənistan Antikorrupsiya Komitəsinə müraciət edərək prokurorluqdan daxil olan materialın hansı mərhələdə olduğunu soruşub.

“Cavab olaraq bildirilib ki, hazırda yoxlama tədbirləri davam edir.

Qeyd edək ki, bu, Koncoryanın fərdi evi ilə bağlı ikinci yoxlamadır. Birinci yoxlama da “Joğovurd” qəzetinin müraciəti əsasında başlanmışdı, lakin hələlik nəticələr barədə məlumat yoxdur.

Beləliklə, mətbuatda qaldırılan məsələlər artıq hüquq-mühafizə orqanlarının araşdırma predmetinə çevrilib.

Xatırladaq ki, Nikol Paşinyan Koncoryanın evi ilə bağlı korrupsiya mövzusuna dair suala “Joğovurd” qəzetinin jurnalistinə aqressiv cavab verərək “Makulatura”nı çap edib hökumətə gətirirsiniz, aparın hüquq-mühafizə orqanlarına verin” demişdi. Artıq materiallar təqdim olunub və hüquq-mühafizə orqanları həmin “makulatura”nı araşdırır.

Yoxlama tədbirlərinin cinayət işinə çevrilib-çevrilməyəcəyi və vəzifəli şəxslərin, eləcə də onların yaxınlarının əmlak əməliyyatlarında korrupsiya elementlərinin olub-olmadığı yaxın prosesdə məlum olacaq”, - deyə KİV vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Koncoryan   Ermənistan  


Bizi "telegram"da izləyin