Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, tədbir zamanı o və nazirləri Qarabağdan köç etmiş şəxslərin həyatının Ermənistanda necə yaxşılaşdırıldığından danışıblar.
“Tədbirdə iştirak edən şəxslərdən biri (sonradan məlum olub ki, Araqatsotn vilayətinin rəisinin müşaviridir) ayağa qalxaraq Paşinyana təşəkkür edib. Məlum olub ki, tədbirdən bir neçə həftə əvvəl hökumət aparatı qurumlara məktub göndərərək belə şəxslərin toplanmasını və tədbirdə iştirak edib hakimiyyəti tərifləyən çıxışlar etmələrini istəyib.
Seçkilər ərəfəsində Paşinyan Qarabağdan köç etmiş şəxslərə qarşı da psixoloji təzyiq göstərməyə qərar verib. Bu cür tədbirlərlə o, həm onlara, həm də Ermənistanın bütün vətəndaşlarına göstərmək istəyir ki, hətta Qarabağdan köç etmiş şəxslər də onu qəbul edir”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az