Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, bununla bağlı Ermənistan İstintaq Komitəsi illər əvvəl başlanmış bir cinayət işini yenidən aktivləşdirib.
KİV-ə görə, söhbət 2018-ci il seçkilərindən gedir ki, həmin seçkilərdə “Çiçəklənən Ermənistan” partiyası və “Alyans” partiyası “Tsarukyan bloku” ilə iştirak edirdi. İş seçkilər zamanı dövlət maliyyəsinin partiyalar arasında bərabər bölüşdürülməməsi ilə bağlıdır.
Tsarukyanın vəkili Yerem Sarkisyan belə məlumatının olmadığını bildirib.
“Alyans” partiyasının rəhbəri, axtarışda olan Tiqran Urixanyan isə məlumatı təsdiqləyib: “Mənim məlumatıma görə, ötən gün və ya bir gün əvvəl partiyanın baş katibi ilə İstintaq Komitəsindən Qayane adlı müstəntiq əlaqə saxlayıb və bildirib ki, təxminən 2 il əvvəl partiya nümayəndələrindən birinin müraciəti əsasında açılmış cinayət işi yenidən başlanıb. Bu iş dövlət maliyyəsinin bərabər bölüşdürülməməsi ilə bağlıdır”.
Alpər Mövludoğlu
Ordu.az