Kuba ABŞ-nin mümkün aqressiyasına hazırdır, lakin müharibənin zəruri olmayacağını düşünür

2026/03/1774377578.jpg
Oxunub: 451     22:36     24 Mart 2026    
Kubanın xarici işlər nazirinin müavini Karlos Fernandez de Kossio NBC-yə verdiyi müsahibədə bildirib ki, ölkəsi ABŞ tərəfindən mümkün hərbi aqressiyaya hazırdır.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

O vurğulayıb ki, Venesuelada Nikolas Maduronun devrilməsindən və İrana qarşı hərbi əməliyyatlardan sonra bunu düşünməmək sadəlövhlük olardı.

Fernandes de Kossio qeyd edib ki, Havana silahlı qarşıdurmanı ehtimal etmir, çünki “bunun baş verməyəcəyinə böyük ümid var”. O bildirib ki, Vaşinqtonun adaya qarşı hərbi əməliyyatlar aparmaq üçün heç bir əsası yoxdur.

Diplomat vurğulayıb ki, Kuba “sülhsevər” ölkədir və ABŞ üçün təhlükə yaratmır, lakin özünümüdafiə hüququna malikdir. İkitərəfli gərginliyin artmasına baxmayaraq, o, Havana rəhbərliyinin ABŞ ilə dialoqu davam etdirməyə hazır olduğunu bir daha təsdiqləyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kuba   ABŞ  


Bizi "telegram"da izləyin