Köçəryan: “Paşinyan qalsa, mütləq müharibə olacaq”

2026/02/1772000915.jpg
Oxunub: 475     22:15     24 Mart 2026    
“Paşinyan qalsa, mütləq müharibə olacaq”.

Ordu.az xəbər verir ki, bunu “Böyük siyasət” podkastında Ermənistanın ikinci prezidenti, “Hayastan” blokunun baş nazirliyə namizədi Robert Köçəryan deyib.

“O vəziyyətdə hər sahədə uğursuz olmuş Nikol Paşinyan nə etməlidir, nə deməlidir? Bu adam xalqı şantaj etməli, müharibə ilə qorxutmalıdır, başqa nə deyə bilər? O hansı mövzuda oturub ciddi danışa bilər? Ən böyük təhlükə elə onun özüdür. O qalsa, mütləq müharibə olacaq.

Burada paradoks ondadır ki, o, müharibə təhlükəsini elə bir şəxslə əlaqələndirməyə çalışır ki, onun prezidentliyi dövründə ən sakit illər olub. Mən bu fikri bir daha təkrar edim: sərhədlərdə heç olmasa bir orta miqyaslı insident belə olmayıb, heç bir yerdə nəsə etmək cəhdi belə qeydə alınmayıb”, - deyə Köçəryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Paşinyan  


Bizi "telegram"da izləyin