Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
“Parlament reqlamenti haqqında” konstitusiya qanununun müvafiq maddələrinə əsaslanaraq qərara alıram:
“Ermənistanın 2026-cı il dövlət büdcəsi haqqında” qanun və hökumətin 2026-cı il martın 12-də qəbul etdiyi qərar əsasında parlament üçün nəzərdə tutulmuş mükafat fondu deputatlar, dövlət qulluqçuları və işçilər arasında bölüşdürülsün.
Parlamentin aparat rəhbəri-baş katibə müvafiq ödənişlərin qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsi tapşırılıb”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az