Erməni siyasi xadim: “Müharibə daha da şiddətlənəcək”

2026/03/1773747738.jpg
Oxunub: 395     20:39     18 Mart 2026    
“İran hakimiyyəti Ali Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ölümü ilə bağlı məlumatı təsdiqləyib”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Körpü” təşəbbüsünün həmtəsisçisi Arman Abovyan hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvlərinə müraciət edərək yazıb.

“Daha əvvəl İsrailin müdafiə mənbələri Laricaninin Tehranda İsrail bombardmanı nəticəsində öldürüldüyünü bildirmişdi.

İstənilən halda, İranın idarəetmə sistemi çökməyəcək, baxmayaraq ki, Laricani əslində İran müqavimətinin ən əsas fiqurlarından biri idi. Müharibə daha da şiddətlənəcək...”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Abovyan  


Bizi "telegram"da izləyin