Rütte: "NATO ölkələri Hörmüz boğazının açılması imkanlarını müzakirə edirlər"

2026/01/1769452148.jpg
Oxunub: 451     19:56     18 Mart 2026    
NATO ölkələri Hörmüz boğazının açılması variantlarını müzakirə edirlər.

Ordu.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte Norveçə səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Biz məsləhətləşmələr aparırıq. NATO ölkələri Hörmüz boğazını necə açmağı kollektiv şəkildə müzakirə edirlər", - o deyib.

NATO-nun rəhbəri təfərrüatları açıqlamayıb və təşkilata üzv ölkələrin münaqişə zonasına gəmilər göndərib-göndərməyəcəyini qeyd etməyib.

Xatırladaq ki, martın 16-da Brüsseldə keçirilən görüşdə Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Aİ-nin diplomatik xidmətinin rəhbəri Kaya Kallasın Hörmüz boğazına bir neçə gəmi göndərmək təkliflərini rədd ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rütte   NATO  


Bizi "telegram"da izləyin