Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, Ermənistan Müdafiə Nazirliyinin baş katibi Hamlet Batikyan da təhsili və iş təcrübəsi baxımından müdafiə sahəsi ilə əlaqəli deyil.
“O, İrəvan Dövlət Universitetinin hüquq fakültəsini bitirib, 2013-2014-cü illərdə “Aştarak Kat” ASC-də hüquq şöbəsinin rəhbəri, 2013-2017-ci illərdə “ArtEla” hüquq bürosunun direktoru, 2014-2016-cı illərdə “İqtisadi-Hüquqi Təhlillər Mərkəzi” QHT-nin baş direktoru, 2017-2019-cu illərdə isə Ermənistanın Ərazi İdarəetmə və İnkişaf (İnfrastrukturlar) Nazirliyində hüquq şöbəsinin müdiri vəzifələrində çalışıb”, - deyə müəllif bildirib.
KİV vurğulayıb ki, 2021-ci il dekabrın 8-dən etibarən Müdafiə Nazirliyinin baş katibi vəzifəsini tutan, partiyasız olan Hamlet Batikyan eyni zamanda “Vətəndaş Müqaviləsi” partiyasının seçki siyahısına daxil edilib.
“O, partiyanın seçki siyahısının formalaşdırılmasının ilk mərhələsində keçirilən səsvermənin nəticələrinə əsasən cəmi 79 səs toplayaraq 172-ci yeri tutub”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az