Erməni nazir: “Köç etmiş şəxslərin Ermənistan vətəndaşlığı üçün müraciət tempi sürətlənib”

2026/03/1773840195.jpg
Oxunub: 389     17:20     18 Mart 2026    
“Hazırda vətəndaşlıq üçün müraciətlərlə bağlı tam fərqli vəziyyət yaranıb. Belə ki, ötən ilin ilk yarısında cəmi təxminən 4000 müraciət daxil olmuşdusa, bu ilin cəmi 2,5 ayı ərzində bu rəqəm artıq ötülüb”.

Ordu.az xəbər verir ki, bunu bu gün “Qarabağdan (könüllü-red.) köç etmiş ermənilərin sosial-iqtisadi inteqrasiyası prosesi” mövzusunda keçirilən müzakirədə Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan deyib.

“Yəni, əgər ötən ilin ilk yarısında cəmi 4000 müraciət almışdıqsa, bu ilin yalnız 2,5 ayı ərzində 5000-dən çox müraciət qəbul etmişik. Bu da qarşılıqlı etimadın göstəricisidir, çünki bizim öhdəliyimiz sizin tərəfinizdən də paylaşılır və müraciətlərin sayı daha sürətlə artır”, - deyə erməni nazir Qarabağdan köç etmiş şəxslərə müraciətlə bildirib.

Erməni nazir xatırladıb ki, ötən ilin sonuna qədər 2 ay müddətində bütün müraciətlərin həll olunması ilə bağlı öhdəlik götürülmüşdü və bu öhdəlik yerinə yetirilib, yalnız nadir hallarda müraciətlər 2 ay ərzində həll olunmayıb.

“Digər şəxslər Ermənistan vətəndaşlığı üçün müraciət etdikdə bu proses 4,5 ay davam edir. Lakin biz ümumi öhdəliyimizi nəzərə alaraq prosesi 2 ay ərzində başa çatdırırıq”, - deyə o qeyd edib.

Sarkisyan əlavə edib ki, digər müraciətçilərdən fərqli olaraq, Qarabağdan köç etmiş şəxslər Ermənistan vətəndaşlığı üçün müraciət edərkən heç bir rüsum ödəmirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Sarkisyan  


Bizi "telegram"da izləyin